Tacikistan səfiri: "Terrorla mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlıq edirik"

Tacikistan səfiri: "Terrorla mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlıq edirik" Bakı. 18 may. REPORT.AZ/ Terrorla mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlıq edirik.
Xarici siyasət
18 May , 2018 16:11
Tacikistan səfiri: Terrorla mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlıq edirik
Report
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "Terrorla mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlıq edirik".

"Report" xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Soli Rustam brifinqdə jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu, terrorla mübarizənin regional təhlükəsizliyin əsas məsələsi olması ilə bağlıdır: "Ölkələrimiz böyük potensiala və bütün sahələrdə ikitərəfli münasibətlərin müsbət inkişaf dinamikasına malikdir. Terrorla mübarizə, aqrar-sənaye sektoru və turizm prioritet sahələrdir".

O qeyd edib ki, Tacikistan hökuməti mayın 3-4-də BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində və Qətərin dəstəyi ilə "Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması" mövzusunda Yüksək Səviyyəli Beynəlxalq Konfrans təşkil edib.

Son xəbərlər

Orphus sistemi