Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib Bakı. 9 avqust. REPORT.AZ/ Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Xarici siyasət
9 Avqust , 2018 20:25
Tacikistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 9 avqust. REPORT.AZ/ Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi