Sorğu: Azərbaycan prezidenti rusiyalıların etimad reytinqində MDB ölkələrinin liderləri arasında ilk üçlükdə yer alıb

Sorğu: Azərbaycan prezidenti rusiyalıların etimad reytinqində MDB ölkələrinin liderləri arasında ilk üçlükdə yer alıb Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev rusiyalıların MDB ölkələrinin liderlərinə etimad reytinqində ilk üçlükdə yer alıb.
Xarici siyasət
5 Dekabr , 2017 15:40
Sorğu: Azərbaycan prezidenti rusiyalıların etimad reytinqində MDB ölkələrinin liderləri arasında ilk üçlükdə yer alıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev rusiyalıların MDB ölkələrinin liderlərinə etimad reytinqində ilk üçlükdə yer alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, etimad reytinqinə Belarus prezidenti Aleksandr Lukaşenko (62%) başçılıq edir.

Onun ən yaxın rəqibi Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir - 56%.

Azərbaycan Prezidenti İlham Əliyevə rusiyalı respondentlərin 12% güvənir.

Sonrakı sıralarda Serj Sarqsyan (Ermənistan, 11%), İqor Dodon (Moldova, 8%), Qurbanqulu Berdıməhəmmədov (Türkmənistan, 4%), Giorgi Marqvelaşvili (Gürcüstan, 4%), Şavkat Mirziyoyev (Özbəkistan, 3%), Emoməli Rəhmon (Tacikistan, 3%) və Petro Poroşenko (Ukrayna, 1%) qərarlaşıb.

Respondentlərin fikrincə, beynəlxalq arenada Rusiyanın ən etibarlı tərəfdaşı Belarus (64%) və Qazaxıstandır (57%).

Son xəbərlər

Orphus sistemi