Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir - FOTO

Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir - FOTO Bakı. 5 aprel. REPORT.AZ/ Şimali Koreyanın xarici işlər naziri Ri Yon-ho bu gün Bakıda işə başlayan Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransında iştirak edir.
Xarici siyasət
5 Aprel , 2018 11:57
Şimali Koreya XİN başçısı Bakıda Qoşulmama Hərəkatının konfransında iştirak edir - FOTO
Report

Bakı. 5 aprel. REPORT.AZ/ Şimali Koreyanın xarici işlər naziri Ri Yon-ho bu gün Bakıda işə başlayan Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransında iştirak edir.

"Report" xəbər verir ki, Ri Yon-ho “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin ikigünlük konfransına qatılmaq üçün Azərbaycana gəlib.

KXDR XİN başçısı jurnalistlərin suallarına cavab verməkdən imtina edərək, mətbuatla ünsiyyətdən yayınıb.

Xatırladaq ki, Ri Yon-ho Azərbaycan və Rusiyaya səfər etmək üçün aprelin 3-də Pxenyandan Pekinə uçub. O, Bakıdakı konfransa qatıldıqdan sonra Moskvaya gedəcək.

Son xəbərlər

Orphus sistemi