Bakı. 29 iyul. REPORT.AZ/
Şeyxülislam A.Paşazadə Qafqazın müdrik ağsaqqalı, gürcü xalqının dini lideri - Ümumgürcüstan Katolikos-Patriarxı II İliyaya dərin ehtiram və xeyir-dualarını yetirməyi xahiş edib. Hər zaman böyük qardaşı kimi dərin hörmət bəslədiyi gürcü Patriarxı ilə hər bir görüşünü məmnunluqla xatırladığını bildirən QMİ sədri Azərbaycan xalqının dostu Patriarx II İliya həzrətlərini ölkəyə səfərə dəvət edib.
Şeyxülislam əmin olduğunu bildirib ki, bu səfər də Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlığı Qafqazda mehriban qonşuluq əlaqələrinin inkişafı üçün olduqca dəyərli olacaq və bu əlaqələrin daha da dərinləşməsi istiqamətində dini liderlər olaraq əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.
Azərbaycanda müxtəlif din ardıcılları arasında mövcud dini tolerantlıq nümunəsini özləri üçün dəyərli örnək kimi qiymətləndirən qonaq Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinə xələl gətirmək istəyində olanların mənfur istəklərinə çatmayacaqlarını xüsusi vurgulayıb.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə Gürcüstan Patriarxlığı arasında səmərəli əməkdaşlıq əlaqələri və onların inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Gürcüstanın Xornabuci və Hereti yeparxiyasının yeni təyin olunmuş yepiskopu Dmitri Kapanadze, Gürcüstanın ölkədəki səfiri Teymuraz Şaraşenidze və QMİ sədrinin birinci müavini müfti Salman Musayev iştirak ediblər.