Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb “Qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm”
Xarici siyasət
17 Oktyabr , 2017 16:24
Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud / East News/ Abd Rabbo Ammar

Bakı. 17 oktyabr. REPORT.AZ/ İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi,

Səudiyyə Ərəbistanının Kralı”.

Son xəbərlər

Orphus sistemi