Səudiyyə Ərəbistanının kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Səudiyyə Ərəbistanının kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib “Qardaş Azərbaycan Respublikasının hökuməti və xalqına inkişaf və çiçəklənmə arzu edirik”
Xarici siyasət
17 Oktyabr , 2016 14:57
Səudiyyə Ərəbistanının kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Bakı. 17 oktyabr. REPORT.AZ/ İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökuməti və xalqına inkişaf və çiçəklənmə arzu edirik.

Zati-alinizə hörmət və ehtiramla".

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

məktubda deyilir: "Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla".

Son xəbərlər

Orphus sistemi