Polşa "Şərq Tərəfdaşlığı" Proqramının statusunun artırılmasını təklif edib

Polşa "Şərq Tərəfdaşlığı" Proqramının statusunun artırılmasını təklif edib Polşa Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Proqramının statusunun artırılmasını təklif edir.
Xarici siyasət
2 Aprel , 2019 10:57
Polşa Şərq Tərəfdaşlığı Proqramının statusunun artırılmasını təklif edib
0 : 00
0 : 00

Polşa Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" Proqramının statusunun artırılmasını təklif edir.

"Report" "Ukrayna milli xəbərləri"nə istinadən xəbər verir ki, belə təkliflə Polşanın xarici işlər naziri Yatsek Çaputoviç çıxış edib.

Polşanın təklifi özündə "Şərq Tərəfdaşlığı" Proqramının ayrı-ayrı ölkələrinin Aİ ilə əməkdaşlıq edəcəyi sədrlik funksiyasının yaradılmasını ehtiva edir.

"Aİ-nin həm də Avropanın bir hissəsi olan altı ölkə barədə məlumatlılığını artırmaq üçün İsveçlə birgə təşəbbüsünü verdiyimiz "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyindən istifadə etmək istəyirik", - Polşa diplomatiyasının rəhbəri deyib.

Bununla yanaşı, Polşa "Şərq Tərəfdaşlığı" katibliyinin, eləcə də "Şərq Tərəfdaşlığı ölkələrində Aİ-nin gözlədiyi islahatların həyata keçirilməsi üzrə tərəqqinin izlənməsinə kömək edəcək sistemin yaradılmasını təklif edir.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" Proqramı 2009-cu ildə Aİ tərəfindən icra olunur. Əsas məqsəd altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi