"Şərq Tərəfdaşlığı" ölkələrinin Zirvə görüşündə Aİ liderlərinin iştirakı təklif olunub

"Şərq Tərəfdaşlığı" ölkələrinin Zirvə görüşündə Aİ liderlərinin iştirakı təklif olunub İsveç və Polşa hökumətləri Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin gələn aya nəzərdə tutulan Zirvə görüşündə təşkilata üzv dövlətlərin liderlərinin də iştirakı zəruri sayıb.
Xarici siyasət
15 May , 2020 14:56
Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə görüşündə Aİ liderlərinin iştirakı təklif olunub

İsveç və Polşa hökumətləri Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin gələn aya nəzərdə tutulan Zirvə görüşündə təşkilata üzv dövlətlərin liderlərinin də iştirakı zəruri sayıb.

“Report” xəbər verir ki, bu barədə “Azad Avropa – Azadlıq” radiosunun (RFERL) Brüssel müxbiri Rikard Cozviak “Twitter” səhifəsində yazıb:

"Polşa və İsveç bu gün Aİ Xarici İşlər Şurasında Şərq Tərəfdaşlığının videokonfrans şəklində qarşıdakı zirvə görüşü barədə məsələ qaldıracaq. Hər iki ölkə orada yalnız Aİ təsisatları liderlərinin iştirak etməsi, üzv dövlətlərin liderlərinin iştirak etməməsi təklifinə qarşı çıxır. Polşa bəyannamə verilməsini də istəyir”.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel də koronavirus pandemiyasına baxmayaraq, "Şərq Tərəfdaşlığı" ölkələrinin Zirvə görüşünün iyun ayında keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Avropa İttifaqı tərəfindən 2009-cu ildə qəbul edilmiş "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.

Son xəbərlər

Orphus sistemi