Sergey Lavrov: "Azərbaycan Rusiya üçün mühüm strateji tərəfdaşdır"

Sergey Lavrov: "Azərbaycan Rusiya üçün mühüm strateji tərəfdaşdır" "İki ölkə arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır"
Xarici siyasət
6 Mart , 2017 14:53
Sergey Lavrov: Azərbaycan Rusiya üçün mühüm strateji tərəfdaşdır
Report.az

Moskva. 6 mart. REPORT.AZ/ "Azərbaycan Rusiya üçün mühüm strateji tərəfdaşdır".

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra Moskvada keçirilən mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.

S.Lavrovun sözlərinə görə, XİN başçılarının görüşü zamanı qarşıdakı ikitərəfli, o cümlədən ən yüksək səviyyədə əlaqələrin qrafiki müzakirə edilib: "Parlamentlərarası, qurumlararası əlaqələrin davamlı inkişafını qeyd etdik, ticari-iqtisadi və investisiya sahəsindəki əlaqələri nəzərdən keçirdik".

Onun sözlərinə görə, keçən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edib.

Nazir həmçinin diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar markalı zərflərin buraxılmasının planlaşdırıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi