Serbiyanın yeni səfiri Azərbaycana gəlib

Serbiyanın yeni səfiri Azərbaycana gəlib Neboyşa Rodiç Azərbaycanın xarici işlər naziri ilə görüşüb
Xarici siyasət
20 Oktyabr , 2014 18:09
Serbiyanın yeni səfiri Azərbaycana gəlib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Neboyşa Rodiçi qəbul edib. XİN-dən "Report"a verilən məlumatına görə, görüşdə Neboyşa Rodiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Serbiya arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edərək, səfir Neboyşa Rodiçə yeni diplomatik vəzifəsində uğurlar arzu edib.

Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi