Serbiya XİN başçısı: "ATƏT məkanında həll olunmamış münaqişələr və yeni təhdidlərlə qarşı-qarşıyayıq"

Serbiya XİN başçısı: "ATƏT məkanında həll olunmamış münaqişələr və yeni təhdidlərlə qarşı-qarşıyayıq" "Bu münaqişələrin həllinə nail olmaq üçün hələ çox vaxt lazımdır"
Xarici siyasət
8 Dekabr , 2016 14:53
Serbiya XİN başçısı: ATƏT məkanında həll olunmamış münaqişələr və yeni təhdidlərlə qarşı-qarşıyayıq

Bakı. 8 dekabr. REPORT.AZ/ "Biz ATƏT məkanında həll olunmamış münaqişələr və yeni təhdidlərlə qarşı-qarşıyayıq".

"Report" xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.

O, Serbiyanın ATƏT-ə əvvəlki sədrliyinin məhz bu məsələləri həll etməyə yönəldiyini söyləyib.

XİN başçısı bu münaqişələrin həllinə nail olmaq üçün hələ çox vaxta ehtiyac duyulduğunu da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi