​Serbiya Prezidenti I Avropa Oyunlarının açılışında iştirak edəcək

​Serbiya Prezidenti I Avropa Oyunlarının açılışında iştirak edəcək Tomislav Nikoliç Azərbaycana səfər edəcək
Xarici siyasət
1 İyun , 2015 14:07
​Serbiya Prezidenti I Avropa Oyunlarının açılışında iştirak edəcək

Bakı. 1 iyun. REPORT.AZ/ Serbiya Prezidenti Tomislav Nikoliç I Avropa Oyunlarının açılışında iştirak edəcək.

"Report"un xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə məlumat verib. O bildirib ki, T.Nikoliçin I Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək. 

Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Oyunlara Avropanın 50 ölkəsindən idmançılar qatılacaq.

Son xəbərlər

Orphus sistemi