Səfirlik: "Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə təşəbbüsləri dəstəkləyir"

Səfirlik: "Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə təşəbbüsləri dəstəkləyir" Azərbaycan və Rusiya dini ekstremizm və terrorizmlə mübarizə sahəsində fəal əməkdaşlıq edir
Xarici siyasət
23 Avqust , 2017 11:12
Səfirlik: Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə təşəbbüsləri dəstəkləyir

Bakı. 23 avqust. REPORT.AZ/ "Azərbaycan və Rusiya dini ekstremizmin təzahürlərinə qarşı birgə tədbirlər həyata keçirir."

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiyanın "Nezavisimaya qazeta" nəşrində dərc edilmiş "Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə etimadsızlıq göstərir" məqaləsi ilə əlaqədar adıçəkilən qəzetin redaksiyasına ünvanladığı məktubda deyilir.

"Təəssüflə qeyd etməliyəm ki, məqalə açıq-aydın qərəzli xarakter daşıyır. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında etimad və sabitlik ab-havasının gücləndirilməsi maraqlarına, iki ölkənin birlikdə dini ekstremizmin yeni təzahürləri ilə mübarizə aparmaq üçün həyata keçirdiyi addımlara heç uyğun deyil", - Azərbaycan diplomatının məktubunda deyilir.

Səfirin sözlərinə görə, "Nezavisimaya qazeta"da bu cür məqalənin nəşr olunması müəllifin Azərbaycana qarşı təbliğat aparan qüvvələri ilə həmrəy olduğuna dair fikir formalaşdırır. Bununla əlaqədar səfir nəşrin redaksiyasından təcili surətdə növbəti nömrələrdə bu məsələ ilə bağlı Azərbaycan tərəfinə öz mövqeyini təqdim etmək haqqı verilməsini istəyib.

Öz növbəsində, Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı bəyanatda vurğulanıb ki, Azərbaycan və Rusiya dini ekstremizm və terrorçuluğa qarşı mübarizə sahəsində fəal əməkdaşlıq edir. Diplomatik missiyadan bildiriblər ki, rəsmi Bakı ardıcıl şəkildə dini ekstremizm ilə mübarizə aparır və bu istiqamətdə effektiv mübarizəni tənzimləyən qanunverici bazanın təkmilləşdirilməsi buna sübutdur.

"Azərbaycan bütün platformalarda beynəlxalq terrorizmlə mübarizə üzrə istənilən təşəbbüsləri dəstəkləyir. Həm ikitərəfli, həm də çoxtərəfli formatda rusiyalı tərəfdaşlarla olduqca effektiv əməkdaşlıq sistemi yaradılıb. Bu əməkdaşlıq çərçivəsində terror təhdidləri və onlarda əli olan şəxslər barəsində yenilənən məlumatlar daim mübadilə edilir. Azərbaycan daim döyüş zonalarına radikal elementlərin keçməsinin qarşısını almaq üçün tərəfdaşlarına, o cümlədən qonşu ölkələrə məlumat verir. Bu isə daim beynəlxalq səviyyədə yüksək qiymətləndirilir", - səfirliyin bəyatında deyilir.

Son xəbərlər

Orphus sistemi