Səfir: "Türkiyə və Azərbaycan bir-birinə dəstək olmağa davam edəcək"

Səfir: "Türkiyə və Azərbaycan bir-birinə dəstək olmağa davam edəcək" Bakı. 11 iyul. REPORT.AZ/ Türkiyənin gücü Azərbaycanın gücdür. Əlimizdə nə varsa sizinlə paylaşmağa hazırıq.
Xarici siyasət
11 İyul , 2018 10:10
Səfir: Türkiyə və Azərbaycan bir-birinə dəstək olmağa davam edəcək
Report/ Elçin Murad

Bakı. 11 iyul. REPORT.AZ/ "Türkiyənin gücü Azərbaycanın gücdür. Əlimizdə nə varsa sizinlə paylaşmağa hazırıq". 

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, hər iki qardaş ölkə bir-birinə dəstək olduğu müddətdə daha da güclənəcək. 

E.Özoral Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etməsinin təsadüf olmadığını söyləyib: "Prezident ilk səfərini məhz Azərbaycana etdi. Bu, artıq ənənə halını alıb. Azərbaycan Prezidenti İlham Əliyev də prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etmişdi. Türkiyə və Azərbaycan birlikdə olan iki dövlətdir. Hər zaman bir-birimizə dəstək olmağa davam edəcəyik".

O vurğulayıb ki, hər iki ölkə təkcə iqtisadi baxımdan deyil, digər sahələrdə də əməkdaşlıq etməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi