Səfir İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı planlaşdırılan müzakirələrə münasibət bildirib

Səfir İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı planlaşdırılan müzakirələrə münasibət bildirib Bakı. 25 may. REPORT.AZ/ İsrail parlamentində qondarma erməni soyqırımının tanınması ilə bağlı planlaşdırılan müzakirələr ilkin dinləmələrdir və məcburi xarakter daşımır.
Xarici siyasət
25 May , 2018 15:21
Səfir İsrail parlamentində qondarma erməni soyqırımı ilə bağlı planlaşdırılan müzakirələrə münasibət bildirib
İsrailin Azərbaycandakı səfiri Dan Stav / Report
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ İsrail parlamentində qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı planlaşdırılan müzakirələr ilkin dinləmələrdir və məcburi xarakter daşımır.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib.

"Bu, ilkin müzakirələrdir, onun heç bir məcburi təsiri olmayacaq. İsrail hökuməti müvafiq vaxtda öz mövqeyini parlamentə təqdim edəcək", - o deyib.

Daha əvvəl bildirildiyi kimi, Knessetin Mətbuat xidmətinin məlumatına görə, İsrail parlamenti Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda erməni xalqının qondarma "soyqırımı"na dair ümumi müzakirələr aparmağı qərara alıb.

Son xəbərlər

Orphus sistemi