Bakı. 2 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərinə hazırlıq görülür. "Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə bildirib.
Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələlik məlum deyil: "Ancaq səfər bu il gerçəkləşdiriləcək".
Səfir deyib ki, F.Olland Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir: "O, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşərək bu istiqamətdə təkliflərini müzakirə etmək istəyir".
Xatırladaq ki, Erəminstan KİV-i Fransa prezidenti Fransua Ollandın bu ilin aprelində İrəvana səfər edəcəyi haqda xəbər yaymışdı.