Səfir Elxan Poluxov Braziliyada videokonfransda iştirak etdi

Səfir Elxan Poluxov Braziliyada videokonfransda iştirak etdi Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda Braziliya Baş Prokurorluğunun Ali Məktəbi tərəfindən təşkil edilmiş videokonfransda qonaq qismində iştirak edib.
Xarici siyasət
15 Avqust , 2020 03:15
Səfir Elxan Poluxov Braziliyada videokonfransda iştirak etdi
Elxan Poluxov

03:15Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda Braziliya Baş Prokurorluğunun Ali Məktəbi tərəfindən təşkil edilmiş videokonfransda qonaq qismində iştirak edib.

Səfirlikdən "Report"a verilən məlumata görə, səfir Elxan Poluxov “Dini azadlıqlar - multikulturalizm siyasətinin tərkib hissəsi kimi” paneldə “Azərbaycan Konstitusiyasında və qanunlarında multikulturalizm və dini azadlıqların əsasları” mövzulu mühazirə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Azərbaycandakı multikulturalizm siyasəti haqqında ətraflı məlumat verərək, 03:15Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında əks olunmuş dini və insan azadlıqlarına dair maddələr haqqında, 2001-ci ildə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bundan başqa, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması faktına baxmayaraq, ölkəmizdəki bütün azadlıqların təmin edildiyini, Ermənistanın 12 iyul tarixində dövlət sərhəddinin Tovuz rayonu istiqamətində təxribatı nəticəsində dinc əhalinin atəşə tutulması faktına dair də konfrans iştirakçılarını məlumatlandırıb.

"Youtube" vasitəsi ilə yayımlanmış video Konfransda, Braziliya Federativ Respublikasının Baş prokuroru Antonio Augusto Brandao de Aras, Rio de Janeyro Ştatının Əmək məsələləri üzrə prokuroru Cassio Casagrande, Bahia Ştatının Əmək məsələləri üzrə prokuroru Rosangela Lacerda, Braziliya Federativ Respublikasının Ali Əmək Tribunalının hakimi Claudio Mascarenhas Brandao və digər ölkə üzrə fəaliyyətdə olan prokurorlar və dini azadlıq üzrə müxtəlif universitetlərin professorları iştirak ediblər.

Qeyd olunmalıdır ki, konfrans iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan multikulturalizminə aid səfirlik tərəfindən materiallar göndərilib.

Ali Məktəb tərəfindən konfransın nəticələri və orada səslənən çıxışlardan ibarət jurnalının nəşri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi