Səfir: "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Aİ üçün əsas prioritetdir"

Səfir: "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Aİ üçün əsas prioritetdir" Mard: "Aİ rəhbərliyi layihənin vaxtında həyata keçiriləcəyinə əmin olmaq üçün hər şey etməyə hazır olduğunu göstərir"
Xarici siyasət
11 May , 2016 10:37
Səfir: Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Aİ üçün əsas prioritetdir

Bakı. 11 may. REPORT.AZ/ "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Avropa İttifaqı üçün əsas prioritetdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Səfir bu layihənin həyata keçirilməsi nəticəsində 2020-ci ilin əvvəlində İtaliyaya ilk qazın verilməsinin təmin ediləcəyini vurğulayıb. O, bildirib ki, Aİ rəhbərliyi layihənin vaxtında həyata keçiriləcəyinə əmin olmaq üçün hər şey etməyə hazır olduğunu göstərir.

M.Mard Cənub qaz dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinin başlanmasına həsr olunmuş mərasimin mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcəyini də xatırladıb.

Son xəbərlər

Orphus sistemi