Səfir: Belarus Azərbaycanla sənaye əməkdaşlığını inkişaf etdirmək niyyətindədir

Səfir: Belarus Azərbaycanla sənaye əməkdaşlığını inkişaf etdirmək niyyətindədir "Münasibətlərin ikitərəfli dinamikası yüksək səviyyədədir"
Xarici siyasət
17 Dekabr , 2014 13:57
Səfir: Belarus Azərbaycanla sənaye əməkdaşlığını inkişaf etdirmək niyyətindədir
Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan və Belarusun münasibətlərinin ikitərəfli dinamikası yüksək səviyyədədir. Bu əməkdaşlığın 2014-cü ildəki ritmi iki ölkənin prezidentləri tərəfindən verilib. 

"Report" xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Belarus-Azərbaycan münasibətlərində ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq illəri ərzində Azərbaycan və Belarus arasında 90-dan artıq dövlətlərarası və hökumətlərarası müqavilələr imzalanıb. 

O Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri, eləcə də bu il Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun Minskə səfəri haqqında xatırladıb: "Bundan başqa Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr olub. Təkcə səfirlik xətti ilə 115 səfər baş tutub, onlardan 75%-i Belarusdan Azərbaycana olub".

Səfir, həmçinin qeyd edib ki, iki ölkə arasında əsas aksent sənaye əməkdaşlığına edilir: "Biz bundan sonra da münasibətlərimizi bu istiqamətdə inkişaf etdirəcəyik. Bu gün Azərbaycanda heç bir müəssisə Belarus mütəxəssislərin də iştirak etdiyi Gəncə Avtomobil Zavodundan çox məhsul istehsal etmir. Bundan başqa, həmçinin elmi sahədə, tibb və təhsil sahələrində əməkdaşlıq getdikcə inkişaf edir. Bununla bağlı bir neçə müqavilə imzalanıb. Həmçinin elmi sahədə yeddi iş tamamlanır, Azərbaycan-Belarus lüğətinin üzərində iş sona çatmaqdadır. Bundan başqa, Belarusda 500-dən artıq azərbaycanlı tələbə təhsil alır". 

İdman sahəsində əməkdaşlıqdan danışan səfir bildirib ki, Belarus gələn ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında fəal iştirak edəcək. 

N.Patskeviç, həmçinin qeyd edib ki, İsmayıllı rayonunda Belarus inşaatçılarının iştirakı ilə məcburi köçkünlər üçün şəhərcik salınıb, tikinti işləri həmçinin Qobu qəsəbəsində aparılır. 

Diplomat məlumat verib ki, bu ilin 10 ayı ərzində ölkələr arasında əmtəə dövriyyəsi 288 mln. dollar təşkil edib: "Bu il 300 mln. dollar həddinə çatmağı planlaşdırırıq və ən əsası, xammal istiqaməti olmayacaq. Son illərin böhranına baxmayaraq, son 10 il ərzində bizim ticari-iqtisadi münasibətlərimizdə azalma müşahidə olmayıb". 

Bu kontekstdə N.Patskeviç səfərlərin əhəmiyyətini vurğulayıb. Səfir qeyd edib ki, səfərlərin təşkil olunması üzrə iş davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi