Ukrayna ilin sonuna qədər Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır

Ukrayna ilin sonuna qədər Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonuna qədər rəsmən açılması planlaşdırılır.
Xarici siyasət
10 Sentyabr , 2019 12:17
Ukrayna ilin sonuna qədər Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır

"Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonuna qədər rəsmən açılması planlaşdırılır".

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.

"İlin sonuna az müddət qalıb, bir sıra iddialı layihələr həyata keçirmək istəyirik. Artıq bir aydır test formatında işləyən Ukrayna Ticarət Evini rəsmən açmaq istəyirik. Bu, təkcə ticarət əlaqələrini genişləndirmək üçün inteqrasiya edilmiş platforma yox, həm də iş adamları arasında əlaqələr qurulmasına imkan yaradan məsləhətləşmə meydanıdır", - səfir deyib.

Son xəbərlər

Orphus sistemi