Səfir: "Azərbaycan və NATO arasındakı münasibətlər uğurla inkişaf edir"

Səfir: "Azərbaycan və NATO arasındakı münasibətlər uğurla inkişaf edir" "Azərbaycan kibertəhlükəsizlik sahəsində mühüm tərəfdaşıdır"
Xarici siyasət
11 Yanvar , 2016 10:04
Səfir: Azərbaycan və NATO arasındakı münasibətlər uğurla inkişaf edir

Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərbaycan və NATO arasındakı münasibətlər uğurla inkişaf edir. Bu tərəfdaşlıq strateji əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çobanu NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyasının açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Rumıniya səfirliyi Azərbaycanda NATO-nun koordinatorudur.

D.K.Çobanu bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirib.

Səfir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki sammitlərdə olduğu kimi, bu ilin iyulunda NATO-nun növbəti sammitində də iştirak edəcəyinə ümidvar olduğunu qeyd edib.

D.K.Çobanu Azərbaycan və NATO-nun eyni çağırışlara malik olmasını qeyd edərək, bu sahədə əməkdaşlığın gücləndirilməsinin mümkünlüyündən də danışıb: "Azərbaycan kibertəhlükəsizlik sahəsində mühüm tərəfdaşıdır. Bu ölkənin nümayəndələri NATO-nun təşkil etdiyi bir neçə treninqdə iştirak edib".

Son xəbərlər

Orphus sistemi