Səfir: "Azərbaycan İsrail üçün unikal tərəfdaşdır"

Səfir: "Azərbaycan İsrail üçün unikal tərəfdaşdır" Səfir Dan Stav Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulmasının 25 illiyi münasibətilə brifinq keçirib
Xarici siyasət
6 Aprel , 2017 13:12
Səfir: Azərbaycan İsrail üçün unikal tərəfdaşdır
Report.az

Bakı. 6 aprel. REPORT.AZ/ "İsrail və Azərbaycan diplomatik əlaqələr qurulan andan əhəmiyyətli və strateji tərəfdaşlıq qurub".

"Report" xəbər verir ki, bunu İsrailin ölkəmizdəki səfiri Dan Stav Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçiridiyi brifinqdə deyib.

Diplomat Azərbaycan-İsrail əlaqələrinin yalnız 1991-ci ildə başlamadığını, yəhudilərin minillərlə Azərbaycan torpağında yaşadığını nəzərə alaraq lap çoxdan mövcud olduğunu qeyd edib.

"İsrail və Azərbaycan öz regionlarında sabitlik məkanıdır. Münaqişələr mövcud olmasına baxmayaraq, ölkələr iqtisadi inkişafa nail olub. İsrail və Azərbaycanın multikultural cəmiyyəti var. Bundan başqa, Azərbaycan İsrail üçün unikal tərəfdaşdır", - səfir deyib.

İqtisadi əməkdaşlıq barədə danışan diplomat ölkələr arasında ticarət dövriyyəsinin enerji və müdafiə sahəsindəki dövriyyəni nəzərə almadan 260 milyon dollar təşkil etdiyini vurğulayıb. O, böhrana baxmayaraq, gələn il pik nöqtəyə çatmağa çalışacaqlarına ümid etdiklərini bildirib. D.Stav həmçinin Azərbaycanın İsrailin mühüm enerji təchizatçısı olduğunu deyib və TAP və TANAP layihələrində iştirak etməkdə maraqlı olduqlarını söyləyib.

D.Stav insanlararası əlaqələrin əhəmiyyətini vurğulayıb: "Təkcə liderlərimiz arasında yaxşı münasibətlər yoxdur. Həmçinin bələdiyyələrimiz arasında sıx əlaqələr mövcuddur".

Son xəbərlər

Orphus sistemi