Səfir: "Aİ və NATO ilə əməkdaşlığımızda Bolqarıstan mühüm yer tutur"

Səfir: "Aİ və NATO ilə əməkdaşlığımızda Bolqarıstan mühüm yer tutur" Son 28 ildə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və etimada söykənən çoxşaxəli münasibətlər təşəkkül tapıb.
Xarici siyasət
27 İyul , 2020 14:14
Səfir: Aİ və NATO ilə əməkdaşlığımızda Bolqarıstan mühüm yer tutur

Son 28 ildə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və etimada söykənən çoxşaxəli münasibətlər təşəkkül tapıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova “Fakti.bg” saytına verdiyi müsahibədə bildirib.

Səfir Bolqarıstanın Azərbaycan üçün dost ölkə olduğunu, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdırıb. Belə ki, 1992 ildən etibarən iki ölkə arasında 100-dək sənəd imzalanıb, yüksək səviyyədə bir çox görüşlər keçirilib, iki il bundan əvvəl isə yüksək səviyyədə ilk strateji dialoq həyata keçirilib.

“Bolqarıstanla münasibətlərə dair rəyimiz 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsinə söykənir. Həmin sənəddə Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, BMT-nin müvafiq qətnamələrinə əsasən həllinin vacibliyi xüsusi olaraq vurğulanır. Həmçinin Bolqarıstanın strateji tərəfdaşlıq sənədi imzaladığımız Avropa İttifaqının üzv ölkələrindən biri olduğunu da qeyd etmək istərdim”, – səfir diqqətə çatdırıb.

Mövcud siyasi əlaqələrin yüksək səviyyəsini vurğulayan diplomat bunun iqtisadi, mədəni, humanitar və s. sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün münbit zəmin yaratdığını da dilə gətirib:

“İkitərəfli hökumətlərarası komissiyanın iclasları zamanı hər iki ölkənin ekspertləri gələcək əməkdaşlığa dair atılacaq addımları müzakirə edirlər. Komissiyanın növbəti iclasının ilin ikinci yarısında keçiriləcəyi gözlənilir. Son 4 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 5 dəfədən çox artaraq 90 milyon avroya çatıb. Ölkəniz Avropa İttifaqı və NATO ilə əməkdaşlıq əlaqələrimiz baxımdan da mühüm yerə sahibdir”.

Son xəbərlər

Orphus sistemi