Səfir: "ABŞ seçkilərdən sonra Azərbaycan hökuməti ilə əməkdaşlığı davam edəcək"

Səfir: "ABŞ seçkilərdən sonra Azərbaycan hökuməti ilə əməkdaşlığı davam edəcək" "Biz başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da parlamentə seçilmiş deputatlarla işləməyə davam edəcəyik"
Xarici siyasət
4 Noyabr , 2015 18:02
Səfir: ABŞ seçkilərdən sonra Azərbaycan hökuməti ilə əməkdaşlığı davam edəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatları Milli Məclisə keçirilən seçkilərdən sonra da Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirəcək. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta məlumat verib.

"Seçkilərdən əvvəl də qeyd etdiyim kimi, biz başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da parlamentə seçilmiş deputatlarla işləməyə davam edəcəyik", - səfir bildirib.

R.Sekuta jurnalistlərin ABŞ Dövlət Departamentinin sərt bəyanatı ilə digər müşahidəçi missiyalarının Azərbaycandakı seçkiləri müsbət dəyərləndirməsi arasındakı fərqlə bağlı sualını şərh edərkən deyib: 

"Xatırladım ki, Dövlət Departamentinin bəyanatında ABŞ-ın çiçəklənən və güclü dövlət qurulmasında Azərbaycanla işləyəcəyi deyilir. Bəyanatda həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçkilərdə iştirak etməməsi təəssüflə qeyd edilir".

Son xəbərlər

Orphus sistemi