Bakı. 31 avqust. REPORT.AZ/ Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko Azərbaycana səfər edəcək.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamovun "Report"a verdiyi məlumata görə, səfər sentyabrın 30-dan oktyabrın 3-dək reallaşacaq.
Səfər zamanı Poltavçenko Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək, ticarət və siyasi əlaqələrin inkişafı perspektivlərini müzakirə edəcək.