Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyində Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə əlaqədar dövlət bayrağı endirilib.
"Report" xəbər verir ki, Bakı şəhərinin sakinləri səfirin ölümü ilə əlaqədar başsağlığı əlaməti olaraq səfirliyə gül gətirir.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı silahlı hücum dünən Ankarada baş verib. Səfir sərginin açılış mərasimində güllələnib və sonra vəfat edib.
Foto: Firi Salim