Bakı. 20 noyabr. REPORT.AZ/ "Təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına bizim nazirliklər cavabdehdir və biz bu əməkdaşlığın maksimal dərəcədə fəal inkişaf etməsinə çalışırıq".
"Report" xəbər verir ki, bunu Rusiyanın təhsil və elm naziri Dmitri Livanov jurnalistlərə açıqlamasında deyib.
"Elmi layihələrə gəlincə, bu gün Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun rəhbərliyi ilə bu Fondla Rusiyanın Elm Fondu və Fundamental Tədqiqat Fondu arasında əməkdaşlıq prqoramının mümkünlüyünü müzakirə etdik. Hesab edirəm ki, belə proqram mütləq həyata keçirilib inkişaf etdirilməlidir. Onlar həm ölkələrimiz üçün mühüm elmi layihələrin həyata keçirilməsində alimlərin əməkdaşlığı, həm də elm sahəsində kadr potensialının artırılması məqsədilə gənc aspirantların, doktorantların mübadiləsi üçün yeni imkanlar açacaq", - rusiyalı nazir bildirib.