Rusiya XİN: "Guardian"ın yazdıqları Rusiya və onun müttəfiqlərinə güclü informasiya təzyiqindən xəbər verir

Rusiya XİN: "Guardian"ın yazdıqları Rusiya və onun müttəfiqlərinə güclü informasiya təzyiqindən xəbər verir "Bu, çox sayda saxta xəbərlər sayəsində edilir"
Xarici siyasət
8 Sentyabr , 2017 14:16
Rusiya XİN: Guardianın yazdıqları Rusiya və onun müttəfiqlərinə güclü informasiya təzyiqindən xəbər verir
Maxim Shemetov/Reuters

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın "Guardian" qəzetində guya Azərbaycanın Rusiyadan silah alışına görə "Rosoboroneksport" dövlət şirkətinə gizli ödənişlər etməsi ilə bağlı yazdıqlarına münasibət bildirib.

"Report" xəbər verir ki, "bu, Qərbin Rusiyaya və onun müttəfiqlərinə təzyiq göstərməsi demək deyil" sualına Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu fikirlə razı olduğunu deməklə cavab verib.

"Bu, o deməkdir ki, bir neçə istiqamətdə çox güclü informasiya təzyiqi var. Bu, həm də jurnalistlərə təzyiqdir, yəni onları informasiya məkanından sıxışdırırlar. Bu, çox sayda saxta xəbərlər sayəsində edilir. Onlara reaksiya verməyə çalışırıq", - M.Zaxarova bildirib.

Son xəbərlər

Orphus sistemi