Rusiya XİN Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib

Rusiya XİN Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib Mariya Zaxarova: "Prezident seçkiləri suveren Azərbaycan dövlətinin daxili işidir"
Xarici siyasət
8 Fevral , 2018 17:12
Rusiya XİN Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib
Mariya Zaxarova

Bakı. 8 fevral. REPORT.AZ/ "Prezident seçkiləri suveren Azərbaycan dövlətinin daxili işidir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanda prezident seçkilərinin vaxtının irəli çəkilməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mümkün təsiri ilə bağlı danışarkən deyib.

"Seçkilərin vaxtının dəyişməsinin motivləri, səbəbləri və formatı barədə, ilk növbədə, şərh vermək üçün Azərbaycan tərəfinə müraciət edilməlidir. Və bu şərhlər Azərbaycan tərəfindən artıq edilib", - deyə M.Zaxarova bildirib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi