Rusiya XİN: "Azərbaycan regiondakı mühüm strateji tərəfdaşımızdır"

Rusiya XİN: "Azərbaycan regiondakı mühüm strateji tərəfdaşımızdır" Mariya Zaxarova: "Ölkələrin mövqeləri regional və beynəlxalq gündəmdə olan əsas məsələlərdə üst-üstə düşür"
Xarici siyasət
16 Noyabr , 2017 12:00
Rusiya XİN: Azərbaycan regiondakı mühüm strateji tərəfdaşımızdır

Bakı. 16 noyabr. REPORT.AZ/ "Azərbaycan Rusiyanın regiondakı mühüm strateji tərəfdaşıdır".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

"Rusiya-Azərbaycan əməkdaşlığının əsasını təkcə çoxillik dostluq və qarşılıqlı hörmət ənənələri yox, həm də regional və beynəlxalq gündəmdə olan əsas məsələlər üzrə mövqelərin üst-üstə düşməsi təşkil edir", - M.Zaxarova bildirib.

O, bu il Azərbaycan və Rusiyanın ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd etdiyini xatırladıb.

M.Zaxarovanın sözlərinə görə, ikitərəfli əməkdaşlıqdakı münasibətlər yüksək səviyyəli dialoqlar sayəsində mümkün olur. "Ölkə başçılarımız arasında müntəzəm dostluq əlaqələrinin olması ikitərəfli münasibətlərin inkişafının yüksək dinamikasını müəyyən edir, istənilən problemi dərhal həll etməyə, müxtəlif regional və beynəlxalq tədbirlərdə addımları koordinasiya etməyə imkan verir", - M.Zaxarova vurğulayıb.

O həmçinin qeyd edib ki, tərəflərlə digər səviyyələrdə, o cümlədən parlamentlər arasında intensiv əlaqələr qurulur, iqtisadi əməkdaşlıq inkişaf edir, mədəni və humanitar əlaqələr ənənəvi qaydadı sıx olur.

Son xəbərlər

Orphus sistemi