Rusiya Xəzər dənizində yanan tankerin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib

Rusiya Xəzər dənizində yanan tankerin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib "Rusiya səfirliyi bu addımı Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü kimi qiymətləndirir"
Xarici siyasət
29 Aprel , 2016 17:05
Rusiya Xəzər dənizində yanan tankerin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyi Rusiyanın "Palflot-2" tankerinin xilasetmə işlərində iştirak etdiyinə görə Azərbaycana təşəkkür edib.

Səfirlikdən "Report"a verilən məluamat görə, onlar Xəzər dənizində yanan tankerin xilas edilməsində iştiraka görə Fövqəladə Hallar Nazirliyinə, Dövlət Dəniz Administrasiyasına və "Xəzər dəniz gəmiçiliyi" QSC-yə öz təşəkkürünü bildirib.

"Qəzanın öhdəsindən operativ şəkildə gəlməkdə yardımçı olan azərbaycanlı mütəxəssislərin vaxtında və fədakar köməyini yüksək qiymətləndirən səfirlik bu addımı dostluq və qarşılıqlı dəstək prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin daha bir təzahürü kimi qiymətləndirir", - səfirliyin Azərbaycan XİN-ə göndərdiyi məktubda yazılıb.

Qeyd edək ki, Rusiyanın "Palflot-2" tankerində aprelin 23-də Xəzər dənizində Türkmənistan ərazi sularında yanğın baş verib. Yanğın nəticəsində bir nəfər ölüb, digər 10 ekipaj üzvü isə hadisə yerinə vaxtında yardıma gələn Azərbaycan xilasediciləri tərəfindən evakuasiya edilib.

Son xəbərlər

Orphus sistemi