Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıda məsləhətləşmələr aparıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıda məsləhətləşmələr aparıb Tərəflər dini ekstremizm və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər
Xarici siyasət
29 Sentyabr , 2017 18:00
Rusiya Təhlükəsizlik Şurasının katibi Bakıda məsləhətləşmələr aparıb
scrf.gov.ru

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.

"Report" Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər dini ekstremizm və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər.

"Regional təhlükəsizlik, dini ekstremizm və terrorizmlə mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub", - məlumatda deyilir.

Məsləhətləşmələrin yekununda N.Patruşov bildirib ki, Rusiya və Azərbaycan arasındakı əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli gündəmdə strateji tərəfdaşlığın qabaqcıl xarakteri ilə seçilir.

Son xəbərlər

Orphus sistemi