Rusiya səfiri Azərbaycan FHN-in əməkdaşlarına mükafatlar təqdim edib

Rusiya səfiri Azərbaycan FHN-in əməkdaşlarına mükafatlar təqdim edib "Xilasetmə uğrunda əməkdaşlığa görə" medalları və "Xidmətlərinə görə" döş nişanı təqdim olunub
Xarici siyasət
4 May , 2017 12:06
Rusiya səfiri Azərbaycan FHN-in əməkdaşlarına mükafatlar təqdim edib

Bakı. 4 may. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Fövqəladə Hallar Nazirliyində olaraq qurum əməkdaşlarına Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin "Xilasetmə uğrunda əməkdaşlığa görə" medallarını və "Xidmətlərinə görə" döş nişanını təqdim edib.

Bu barədə "Report"a səfirliyin mətbuat xidmətindən bildirilib.

Mülki müdafiə sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsində, əhalinin və ərazilərin təbii və texnogen fəlakətlərdən qorunmasında, yanğın təhlükəsizliyinin və su obyektlərində insanların təhlükəsizliyinin təmin edilməsindəki xidmətlərinə görə, Z.Hacılı, S.Əhmədov, X.Talıbova, S.Hüseynov medalla, F.Abbasov isə döş nişanı ilə təltif olunub.

Səfir mükafatlandırılanları ürəkdən təbrik edərək onlara Azərbaycan və Rusiyanın xeyrinə uğurlar diləyib.

Son xəbərlər

Orphus sistemi