​Rusiya prezidentinin mətbuat katibi: "Azərbaycan, Rusiya və İran prezidentləri görüşünə hazırlıq görülür"

​Rusiya prezidentinin mətbuat katibi: "Azərbaycan, Rusiya və İran prezidentləri görüşünə hazırlıq görülür" Dmitri Peskov görüşün tarixi və keçiriləcəyi yer haqda məlumat verməyib
Xarici siyasət
3 İyun , 2016 14:05
​Rusiya prezidentinin mətbuat katibi: Azərbaycan, Rusiya və İran prezidentləri görüşünə hazırlıq görülür

Bakı. 3 iyun . REPORT.AZ/ "Bəli, belə bir görüşə hazırlıq görülür".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Rusiya və İran prezidentlərinin gözlənilən görüşünə dair sualı cavablandırarkən deyib.

D.Peskov görüşün keçiriləcəyini təsdiqləyib. Amma tarixi və yer haqda məlumat verməyib: "Görüşün keçirilməsi haqda yekun razılıq əldə edildikdən və tarixi dəiqiləşdirildikdən sonra bu haqda mütləq məlumat verəcəyik".

Son xəbərlər

Orphus sistemi