Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək MDB Dövlət Duması Komitəsinin Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsi ilə birgə iclası dekabrda Bakıda keçiriləcək
Xarici siyasət
6 Oktyabr , 2017 09:47
Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək

Moskva. 6 oktyabr. REPORT.AZ/ "Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələr dərinləşir".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, dekabrda Rusiya parlament üzvlərinin Bakıya iki dəfə səfər edəcəyi gözlənilir.

"Əvvəlcə MDB Dövlət Duması Komitəsinin Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsi ilə birgə iclasını keçirəcəyik. Bundan bir həftə sonra Dövlət Dumasının sədri Vyaçeslav Volodin Bakıya səfər edəcək", - L.Kalaşnikov bildirib.

O, həmçinin hazırda hər iki səfərin dəqiq tarixlərinin razılaşdırılması üzrə işlərin getdiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi