Respublika Günü və diplomatik orqanların 100 illiyi Strasburqda qeyd olunub - FOTO

Respublika Günü və diplomatik orqanların 100 illiyi Strasburqda qeyd olunub - FOTO Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Fransanın Strasburq şəhərində 28 May - Respublika Günü və diplomatik orqanların 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Xarici siyasət
29 May , 2019 03:05
Respublika Günü və diplomatik orqanların 100 illiyi Strasburqda qeyd olunub - FOTO

Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən Fransanın Strasburq şəhərində 28 May - Respublika Günü və diplomatik orqanların 100 illiyinə həsr olunmuş tədbir keçirilib. 

"Report"un Fransa bürosu xəbəb verir ki, tədbirdə Avropa Şurasının rəsmiləri, o cümlədən Baş katibin müavini Qabriella Battaini-Draqoni və Avropa İnsan Hüquqları Məhkəməsini sədri Linos-Aleksandr Sisilianos, Strasburqdakı diplomatik korpusun təmsilçiləri, habelə yerli hakimiyyət orqanları, elmi və ictimai dairələr və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə açılış sözü ilə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edib. O, ilk əvvəl 1918-ci il mayın 28-də quruluşu elan olunmuş Azərbaycan Demokratik Respublikasından (ADR) danışıb və xüsusilə müsəlman Şərqində ilk dünyəvi parlament respublikası kimi onun buraxdığı mirasın hər bir azərbaycanlı üçün fəxr mənbəyi olduğunu qeyd edib. Daimi nümayəndə ADR-in qısa dövrdə qazandığı çoxsaylı nailiyyətlər sırasında 1919-cu ildə qadınlara səsvermə hüququnu verildiyini ayrıca olaraq iştirakçıların diqqətinə çatdırıb.

F.İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında müstəqil, müasir və demokratik Azərbaycanın ADR-in əsaslandığı prinsip və ideallara sadiq qaldığını bəyan edib və bu yolda irəlilədiyini vurğulayıb. Daimi nümayəndə həmçinin Azərbaycanın diplomatik xidmət orqanlarının tarixçəsinə nəzər salaraq, 100 illiyini qeyd Azərbaycan diplomatiyası qarşısında dayanan məqsədlər barədə məlumat verib.

Avropa Şurası Baş katibin müavini Qabriella Battaini-Draqoni öz növbəsində təmsil etdiyi təşkilat ilə Azərbaycan arasındakı əməkdaşlıq barədə fikirlərini bölüşüb. O, Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyündən bəhrələndiyi kimi, ölkəmizin də təşkilatın fəaliyyətinə əhəmiyyətli töhfə verdiyini söyləyib.

Xanım Battaini-Draqoni Avropa Şurası perspektivindən bu dialoqun demokratiya və insan haqlarına hörmətin təşviqi kontekstində qarşılıqlı anlayışın əhəmiyyətini tədris etdiyini bildirib.

Tədbir daha sonra Prezident təqaüdçüsü, Azərbaycanın gənc istedadlı pianoçusu Nərmin Nəcəflinin ifasında konsert proqramı ilə davam edib. Onun ifadə etdiyi Azərbaycan və Avropa bəstəkarlarının əsərləri iştirakçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi