Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb - ƏLAVƏ OLUNUB

Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb - ƏLAVƏ OLUNUB Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
18 Sentyabr , 2019 13:15
Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb - ƏLAVƏ OLUNUB

Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov da iştirak edib.

***

Müstəqillik illərində Azərbaycan-Belarus əlaqələrinin təməlinin 1994-cü ildə dövlət başçıları Heydər Əliyev və Aleksandr Lukaşenko tərəfindən qoyulduğunu xatırladan Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Prezidentinin qarşılıqlı səfərlərinin və görüşlərinin ikitərəfli münasibətlərimizin inkişafında xüsusi rol oynadığını vurğulayıb.

Söhbət zamanı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə Stanislav Zas arasında bundan əvvəl beynəlxalq təbirlərdə keçirilən görüşlər məmnunluqla xatırlanıb.

Görüşdə Administrasiya rəhbəri Ramiz Mehdiyev 2020-ci ilin yanvar ayından Stanislav Zasın yeni vəzifənin icrasına başlayacağını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və həmin vəzifədə çalışacağı dövrdə də Azərbaycanla Belarus arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə əminliyini ifadə edib. Administrasiya rəhbəri Ramiz Mehdiyev Belarus Respublikasının Təhlükəsizlik Şurası ilə bundan sonra da yaxın əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi