Qüds məsələsi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb

Qüds məsələsi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb Tədbirdə Azərbaycanın hökumət nümayəndələrinin və BMT baş katibinin xüsusi elçisinin çıxışları gözlənilir
Xarici siyasət
17 İyul , 2017 10:12
Qüds məsələsi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Qüds məsələsi ilə bağlı iyulun 20-21-də Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb.

"Report" BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin saytına istinadən xəbər verir ki, tədbirə Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri qatılacaqlar.  

Onlar konfransda nitq söyləyəcəklər. 

Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT yanında daimi müşahidəçisi Riyad Mənsur başçılıq edəcək.

Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi