Qətər əmiri Azərbaycan səfirini mükafatlandırıb

Qətər əmiri Azərbaycan səfirini mükafatlandırıb Əmir azərbaycanlı diplomatı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsindəki xidmətlərinə görə "Al Wajba" medalı ilə təltif edib
Xarici siyasət
17 Yanvar , 2018 10:17
Qətər əmiri Azərbaycan səfirini mükafatlandırıb
The Peninsula

Bakı. 17 yanvar. REPORT.AZ/ Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani ölkədəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə Azərbaycan səfiri Tofiq Abdullayevlə görüşüb.

"Report" Qətərin "The Peninsula Qatar" nəşrinə istinadən xəbər verir ki, əmir azərbaycanlı diplomatı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsindəki rol və xidmətlərinə görə "Al Wajba" medalı ilə təltif edib.

T.Abdullayev əmirə və dövlətin rəsmi şəxslərinə Qətərdə diplomatik fəaliyyətinin uğurlu keçməsinə yardım göstərdiklərinə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi