İrakli Qaribaşvili: "Gürcüstan Azərbaycanla münasibətləri yüksək qiymətləndirir"

İrakli Qaribaşvili: "Gürcüstan Azərbaycanla münasibətləri yüksək qiymətləndirir" Gürcüstan hökuməti və SOCAR "Şahdəniz-3" layihəsinin Gürcüstan ərazisində başlanmasını qeyd edəcəklər
Xarici siyasət
26 Dekabr , 2014 16:07
İrakli Qaribaşvili: Gürcüstan Azərbaycanla münasibətləri yüksək qiymətləndirir

Bakı. 26 dekabr. REPORT.AZ/ "Gürcüstan Azərbaycanla münasibətləri yüksək qiymətləndirir". "Report" "Tbilisskaya nedelya" qəzetinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə bildirib. 

"Biz bu ölkəyə böyük dəyər veririk, çünki Azərbaycan bizim strateji tərəfdaşımızdır və biz birlikdə çox sayda mühüm və əhəmiyyətli layihələri həyata keçiririk", - o vurğulayb.

İ.Qaribaşvilinin sözlərinə görə, Gürcüstan hökuməti və SOCAR "Şahdəniz-3" layihəsinin Gürcüstan ərazisində başlanmasını xüsusi qeyd edəcəklər. Bu bardə məsələ bir gün əvvəl İ.Qaribaşvili və SOCAR prezidenti Rövnəq Abdullayevin görüşü zamanı müzakirə olunub.

"Bu çox mühüm layihədir, onun dəyəri 45 mlrd. dollar təşkil edir ki, onlardan 2 mlrd. dollar həcmində işlər Gürcüstan ərazisində aparılacaq", - baş nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi