Pyer Anri : "Fransada qaçqın statusu verməzdən əvvəl müvafiq orqanlar məsələni yaxından araşdırır"

Pyer Anri : "Fransada qaçqın statusu verməzdən əvvəl müvafiq orqanlar məsələni yaxından araşdırır" Fransada qaçqın statusu verməzdən əvvəl müvafiq orqanlar məsələni yaxından araşdırır.
Xarici siyasət
2 Sentyabr , 2019 13:51
Pyer Anri : Fransada qaçqın statusu verməzdən əvvəl müvafiq orqanlar məsələni yaxından araşdırır

"Fransada qaçqın statusu verməzdən əvvəl müvafiq orqanlar məsələni yaxından araşdırır". 

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Fransa Sığınacaq Diyarı Assosiasiyasının icraçı direktoru Pyer Anri deyib. 

Onun sözlərinə görə, Fransada OFPRA adlı müstəqil orqan fəaliyyət göstərir: "İlkin mərhələdə bütün sığınacaq müraciətlərinə bu qurum baxır. OFPRA müraciətə mənfi cavab verərsə, daha sonra Sığınacaq Hüququ üzrə Milli Məhkəməyə (CNDA) müraciət edilə bilər. İkinci mərhələdə işə bu məhkəmədə baxılır. Hər iki qurum da işi dərindən araşdırır".

P.Anri Fransada sığınacaq alan azərbaycanlı mühacirin sayının azalmasına da münasibət bildirib: "Fransada sığınacaq üçün müraciətlərə individual şəkildə baxılır. Sığınacaq hüququ yalnız işgəncələrə, təqiblərə məruz qalan, həyatı təhlükədə olan şəxslərə verilir. Fransada qaçqın statusu əldə etmək üçün tələb olunan meyarlara cavab vermək mütləqdir. Əgər OFPRA və CNDA hər ikisi mənfi cavab verərsə, bu, həmin insanı müdafiə etməyə ehtiyac yoxdur deməkdir. Bu iki orqan qərarlarını insanlara edilən təqiblərə müvafiq olaraq verirlər. Fransada qaçqın statusu alan azərbaycanlı mühacirlərin sayının azalması sevindirici haldır. Bu isə müdafiəyə ehtiyacı olanların sayının azalması deməkdir".

Assosiasiya rəhbəri pul müqabilində sığınacaq hüququ vəd edərək insanların Fransaya gəlişini təşkil edən dəllalların həqiqətən də mövcud olduğunu söyləyib: "Hər bir ölkədə müəyyən problemlər olur. Dəllallar da bu vəziyyətdən öz mənafeyi naminə istifadə edirlər. Lakin Fransada necə gəldi sığınacaq əldə etmək olmur. Fransada sığınacaq hüququ (qaçqın statusu) yalnız dini, siyasi fikirləri, cinsi oriyentasiyasına görə işgəncələrə, təqiblərə məruz qalan, həyatı təhlükədə olan şəxslər üçün nəzərdə tutulub. Qərar qəbul edilməmişdən əvvəl bu şərtlərə cavab verilib-verilməməsi yoxlanılır".

Son xəbərlər

Orphus sistemi