Raymond Veyonis: "Latviya Azərbaycan ilə daha sıx əməkdaşlıqda maraqlıdır"

Raymond Veyonis: "Latviya Azərbaycan ilə daha sıx əməkdaşlıqda maraqlıdır" "Latviya "Şimal-Cənub" layihəsinə böyük önəm verir"
Xarici siyasət
17 Mart , 2017 17:30
Raymond Veyonis: Latviya Azərbaycan ilə daha sıx əməkdaşlıqda maraqlıdır

Bakı. 17 mart. REPORT.AZ/ Latviya "Şimal-Cənub" layihəsinə maraq göstərir.

"Report" xəbər verir ki, bu barədə Latviya prezidenti Raymond Veyonis jurnalistlərə bildirib.

"Latviya Azərbaycan ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Bizi bir çox layihələr, o cümlədən bir hissəsi İran və Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" layihəsi maraqlandırır", - deyə R.Veyonis vurğulayıb.

Onun sözlərinə görə, Latviya tərəfi bu layihəyə böyük önəm verir: "Latviya şimal ölkələrinə - Finlandiya, İsveç, Norveçə, eləcə də Avropa İttifaqının istənilən ölkəsinə müxtəlif məhsulların tədarükü baxımından həmişə yaxşı regional mərkəz olub və olacaq".

Son xəbərlər

Orphus sistemi