Prezident İlham Əliyev Monteneqronun dövlət başçısına məktub göndərib

Prezident İlham Əliyev Monteneqronun dövlət başçısına məktub göndərib Prezidentİlham Əliyev Monteneqronun Prezidenti Zati-aliləri Milo Cukanoviçə məktub ünvanlayıb.
Xarici siyasət
11 İyul , 2020 16:12
Prezident İlham Əliyev Monteneqronun dövlət başçısına məktub göndərib
İlham Əliyev

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Zati-aliləri Milo Cukanoviçə məktub ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, 

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Monteneqro dostluq və əməkdaşlıq münasibətləri hərtərəfli və yüksələn xətlə inkişaf etməkdədir. İnanıram ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə möhkəmlənməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Monteneqro xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim rifah və əmin-amanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi