Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya
Xarici siyasət
15 Avqust , 2020 16:46
Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb. 

"Report"un mətndə deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının İndoneziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi