Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib - YENİLƏNİB Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyəsi olaraq WBC çempion kəmərləri təqdim edilib
Xarici siyasət
3 Oktyabr , 2017 15:33
Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib - YENİLƏNİB
President.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.

İdmanın boks növünə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görüşdə xatirə hədiyyəsi olaraq WBC çempion kəmərləri təqdim edilib.

Sonda xatirə şəkilləri çəkdirilib.


*** 13:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi