Prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

Prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib Prezident İlham Əliyev Ankarda baş vermiş terror aktı nəticəsində həlak olanlarla bağlı başsağlığı verib
Xarici siyasət
13 Mart , 2016 22:48
Prezident İlham Əliyev türkiyəli həmkarına başsağlığı verib

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ankarda baş vermiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib.

"Report"un məlumatına görə, başsağlı mətnində qeyd olunub: "Hörmətli cənab Prezident,

Əziz qardaşım,

Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi