Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə bağlı israilli həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə bağlı israilli həmkarına başsağlığı verib “Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi”
Xarici siyasət
28 Sentyabr , 2016 14:52
Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə bağlı israilli həmkarına başsağlığı verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Son xəbərlər

Orphus sistemi