Prezident İlham Əliyev Qırğızıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Qırğızıstanın yeni səfirinin etimadnaməsini qəbul edib İqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb
Xarici siyasət
10 Fevral , 2015 16:48
Prezident İlham Əliyev Qırğızıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun etimadnaməsini qəbul edib. “Report”un xəbərinə görə, səfir Aycigit Buranov fəxri qarovul dəstəsinin qarşısından keçib. O etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğu bildirilib, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmi qeyd olunub, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstanın tərəfdaş və dost ölkələr olduğu bildirildi və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olmasının önəmi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi