Prezident İlham Əliyev Qırğızıstanın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Qırğızıstanın dövlət başçısına təbrik məktubu göndərib "Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm"
Xarici siyasət
29 Avqust , 2015 15:35
Prezident İlham Əliyev Qırğızıstanın dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli Almazbek Şarşenoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi